ABŞ yenidən Suriyaya hərbi kontingent göndərir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i367823-abŞ_yenidən_suriyaya_hərbi_kontingent_göndərir
Yerli mənbələr Əl-Vəlid keçidi vasitəsilə ABŞ-ın Suriyaya yeni hərbi təchizatlar göndərməsindən xəbər verirlə.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2020 10:34 Asia/Baku
  • ABŞ yenidən Suriyaya hərbi kontingent göndərir

Yerli mənbələr Əl-Vəlid keçidi vasitəsilə ABŞ-ın Suriyaya yeni hərbi təchizatlar göndərməsindən xəbər verirlə.

Səhər Azəri bildirir ki, bu barədə Suriyanın Əl-Əxbariyə informasiya kanalı məlumat yayıb. 

Məlumata görə təqribən 20 zirehli texnika Əl-Vəlid keçid məntəqəsindən Suriya ərazisinə daxil olaraq Həsəkə vilayətinə doğru hərəkət edib. 

Ötən iki həftə ərzində təqribən 300 tır hərbi təchizat ABŞ-ın İraqdakı bazalarından Suriyaya köçürülüb. 

ABŞ Suriyada PKK və YPG kürd terrorçuları tərəfindən işğal edilən neft yataqlarını nəzarətdə saxlamaq üçün davamlı şəkildə bu əraziyə hərbi qüvvə göndərir.