Sionist rejimin qəsəbə salmaları qanunsuzdur
BMT-nin Qərbi Asiya məsələləri üzrə koordinatoru bir daha sionist rejimin fələstinlilərin ərazilərindəki qəsəbə salmalarının qanunsuz olduğunu vurğulayıb.
SəhərAzəri xəbər verir, Nikolay Mladenov dünən gecə sionist rejimin İordan çayının qərb sahilində dörd mindən çox yeni yaşayış massivi salmağa dair planına işarə və qeyd edibdir ki, sionist rejimin fələstinli ərazilərindəki qəsəbə salmaları beynəlxalq qanunlarla təzad təşkil edir.
Mladenov sionist rejimin fələstinli ərazilərindəki sionist qəsəbə salmalarının davam etməsini tənqid edib və bu rejimi həmin tikintiləri dayandırmağ çağırıb.
Sionist rejim daima dünya ictimaiyyətinin tələblərinə məhəl qoymadan sionist qəsəbələrin salınmasını davam etdirir və bu sahədə Amerikadan dəstək alır.
Bütün bu qəsəbələr beynəlxalq qanunlara görə, qanunsuzdurlar.