İdlibdə 150 terrorçu zərərsizləşdirilib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i368937-İdlibdə_150_terrorçu_zərərsizləşdirilib
Rusiyanın qırıcı təyyarələri bu gün (26 oktyabr) İdlib vilayətində Fəyləq Əş-Şam qruplaşmasına bağlı bazanı bombalayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 26, 2020 12:15 Asia/Baku
  • İdlibdə 150 terrorçu zərərsizləşdirilib

Rusiyanın qırıcı təyyarələri bu gün (26 oktyabr) İdlib vilayətində Fəyləq Əş-Şam qruplaşmasına bağlı bazanı bombalayıb.

SəhərAzəri Farsnews xəbər agentliyinin məlumatina istinadən xəbər verir, Rusiyanın döyüş təyyarələri bu gün günortadan əvvəl İdlib vilayətinin şimalındakı Fəyləq Əş-Şam terror qrupunun mövqelərini hədəfə alıb və yerli mənbələrə görə, 150-dən çox ölü və yaralı var. Terrorçuların itkilərinin sayı barədə rəsmi və son statistik məlumatlar hələ mövcud deyil.
Əl-Məyadinə görə, hücumda Cəbəl Əl-Davila bölgəsindəki Fəyləq Əş-Şamın bazası hədəfə alınıb və ən azı 25 terrorçu öldürülüb. Yerli mənbələr hücumun Fəyləq Əş-Şamın hərbi bir mərasim keçirdiyi zaman baş verdiyini qeyd ediblər.
Bəzi mənbələr ölənlərin sayının 56 və yaralıların 100 nəfərdən çox olduğunu bildirirlər. Fəyləq Əş-Şam Astana danışıqlarında iştirak edən qruplardan biridir və İdlibdəki Türkiyə ilə birlikdə ən əhəmiyyətli qrupdur və bu vilayətdə bir növ Türkiyənin qoludur.