Noy 28, 2020 23:06 Asia/Baku
  • Sionist KİV: “İran aliminin qətli ABŞ-İsrail rejiminin birgə əməliyyatı ola bilər”

Sionist KİV-ləri bildirir ki, ABŞ prezidentinin iranlı nüvə aliminin öldürülməsi ilə bağlı tviti, ölkəsinin sui-qəsddə iştirak etdiyi mənasını verir.

SəhərAzəri xəbər verir, ABŞ-ın prezidenti Donald Trampın sionist jurnalistin şəhid Möhsün Fəxrizadənin öldürülməsi ilə bağlı tvitini yenidən yayımlamasından sonra, sionist rejimin mediası onun hərəkətini mesaj kimi qəbul edib.
Sionist mediasına istinadən Livanın Əl-Məyadin xəbər şəbəkəsi bu barədə yaydığı məlumatda bunları qeyd edib: “Prezident Trampın tvitindən aydın olur ki, Fəxrizadəyə qarşı edilən sui-qəsd əməliyyatı ABŞ və İsrail rejiminin birgə əməliyyatı ola bilər”.
Sionist jurnalist Yossi Millman şəhid Fəxrizadənin terror edilməsindən sonra, özünün Twitter səhifəsində ingilis dilində bu qətlin İrana psixoloji və texniki zərbə olduğunu yazmışdı. ABŞ-ın prezidenti isə, həmin tviti yenidən paylaşmışdı.
Sionist mediasında, həmçinin bunlar qeyd olunub: “İranın nüvə proqramında, hamısı Fəxrizadənin tələbələri olan minlərlə mühəndis və texnik var və onların inkişaf yolu əvvəlcədən müəyyənləşdirilmişdir. Bu səbəbdən belə əməliyyatlara baxmayaraq, proqram həmin alim olmadan inkişaf edəcək”.
Media Nyu-York Tayms qəzetinə istinadən isə bunları qeyd edib: “Bir saat əvvəl Amerika qəzeti şəhid Fəxrizadənin qətlinin arxasında sionist rejimin dayandığını açıqlayan üç mənbəyə istinad edib”.
“Yedioth Ahronoth” qəzeti, Benyamin Netanyahunun sui-qəsddən sonra söylədiklərinə də toxunaraq, bunları qeyd edib: “İsrail rejiminin baş nazirinin sözləri, rejimin Tehran yaxınlığında öldürülən iranlı nüvə alimi doktor Möhsün Fəxrizadənin qətlində iştirakının nəticəsi ola bilər”.
Netanyahu həftəlik işinin videosunu Telegram kanalında mediaya paylaşımında bunları qeyd etmişdi: “Bu həftə etdiyim işlərin siyahısını sizinlə bölüşmək istəyirəm, ancaq kiçik bir siyahıdır və sizə bu barədə hamısını danışmaq istəmirəm. Sadəcə sizə demək istəyirəm ki, Yaxın Şərqdə bir şey oldu və bizi gərgin bir dövr gözləyir. Xoş şənbə günü diləyirəm”.

Teqlər