Dek 10, 2020 13:44 Asia/Baku
  • Barzani:

İraq Kürdüstanı bölgəsinin baş naziri Süleymaniyyə etirazlarının arxasında Kürdüstan Fəhlə Partiyası PKK-nın olduğunu bildirib və deyib: "İraq Kürdüstanı xalqına aclıq yaşatmaq və müxtəlif qruplar arasında mübahisə yaratmaq üçün müəyyən proqram vardır".

SəhərAzəri "Əl-Aləm" telekanalına istinadən xəbər verir ki, İraq Kürdüstanı bölgəsinin baş naziri Məsrur Barzani keçirdiyi mətbuat konfransında son bir həftədə Süleymaniyyədə baş verən etirazlarla bağlı deyib: "Rəsmi Ərbil xalqın dinc aksiyaları ilə heç bir problemi yoxdur, lakin bu bölgə zorakı hərəkətlərin şahididir və heç kəs bunu qəbul etməz".

İraq Kürdüstanının baş naziri bu etirazlarda xarici tərəflərin əllərinin olduğunu və etirazları iğtişaşa çevirdikərini vurğulayıb. 

Bərzani daha sonra İraqın mərkəzi hökumətini Kürdüstan Bölgəsində maaş böhranının həllinə kömək etməyə çağırıb.

Qeyd edək ki, İraqın Süleymaniyyə vilayəti, keçən çərşənbə günündən (2 dekabr) bəri xalq etirazlarının şahididir. Etirazçılar gecikmiş maaşlarının ödənilməsini tələb edirlər.

Süleymaniyyədə etirazlar zorakılıqla müşayiət olunub və yerli mənbələrə görə, bir neçə etirazçı öldürülüb və yaralanıb.

Teqlər