Dek 14, 2020 09:24 Asia/Baku
  • İraqda PKK ilə Peşmərgə arasında silahlı insident olub

İraqın Dəhuk bölgəsində PKK ilə Peşmərgə qüvvələri arasında insident olub.

SəhərAzəri xəbər verir, İraqın Dəhuk bölgəsində terror təşkilatı PKK ilə Peşmərgə qüvvələri arasında qarşıdurmanın yaşandığı və hadisədə 3 terrorçunun yaralandığı bildirilib.  

Bölgədəki mənbələrə görə, Dəhukun Amədi mahalına bağlı Dərəşin kəndi yaxınlığında Peşmərgəyə məxsus nəzarət məntəqələrinin birindən icazəsiz keçmək istəyən PKK terrorçuları ilə qarşıdurma yaşanıb.  

Mənbələr Peşmərgənin "dayan" xəbərdarlığına tabe olmayan PKK avtomobilinə atəş açdığını və nəticədə 3 terrorçunun ağır yaralandığını bildirib.  

Digər tərəfdən, İraqın Dəhuk şəhərində terror təşkilatı PKK ilə Peşmərgə qüvvələri arasında qarşıdurmada 1 Peşmərgə ölüb. 

Teqlər