Dek 15, 2020 14:07 Asia/Baku
  • Suriya: Türkiyənin Həsəkə sakinlərini susuz qoyması hərbi cinayətdir

Suriya bildirib ki, Türkiyənin Həsəkə sakinlərini susuz qoyması hərbi cinayətdir.

SəhərAzəri xəbər verir, Suriya xarici işlər nazirliyi Türkiyənin Suriyanın xalqı və hakimiyyətinə qarşı hərəkətlərini, o cümlədən bu ölkənin şimal-şərqində yerləşən Həsəkə vilayətinin bir milyon nəfərdən çox sakininin suyunu bir daha kəsməsini pisləyib.

Suriya xarici işlər nazirliyi BMT-nin baş katibi və Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktublarda Həsəkə vilayətinin və ətraf bölgələrin bir milyon nəfərdən çox sakininin suyunun Türkiyə tərəfindən kəsilməsini beynəlxalq nizamnamələr və qanunların aşkar şəkildə pozulması adlandırıb və Təhlükəsizlik Şurasının bu məsələyə dərhal reaksiya verməsini istəyibdir.

Suriya xarici işlər nazirliyi bu məktublarda Türkiyənin indiyədək on yeddi dəfə belə addım atdığını qeyd edib və bu hərəkətləri Ankaranın Dəməşqə təzyiq göstərmək və ondan bac almaq üzrə səyi istiqamətində dəyərləndirib.

Türkiyənin hərəkətlərini pisləyən Suriya xarici işlər nazirliyi Təhlükəsizlik Şurasından məsələyə dərhal qarşıması və Ankaranı beynəlxalq qanunlara riayət etməyə məcbur etməsini istəyib.

Türkiyə və onun himayəsi altında olan terrorçular çoxdandır, Həsəkə vilayəti sakinlərinin içməli suyunu kəsiblər.

Türkiyə Suriyadakı terror qruplarının əsas himayədarlarındandır.

Hazırda Suriyanın şimalındakı bəzi bölgələr Türkiyə ordusunun işğalı altındadırlar.

Teqlər