Dek 25, 2020 09:12 Asia/Baku
  • Fələstin Müqaviməti birgə manevr keçirəcək

Fələstinli qüvvələrinin Qəzza zolağındakı Birgə Əməliyyat Mərkəzi ilk birgə manevrlərin keçiriləcəyini bildirib.

SəhərAzəri xəbər veriri, Fələstinli qüvvələrinin Qəzza zolağındakı Birgə Əməliyyat Mərkəzi ilk birgə manevrlərin keçiriləcəyini bildirib. Açıqlamada deyilir: "Fələstin müqavimət qrupları arasında davamlı döyüş hazırlığını və əməkdaşlıq əlaqələrini saxlamaq üçün ilk dəfə olaraq birgə manevrlərə hazır olduğumuzu elan edirik. Bu manevrin təfərrüatları və vaxtı daha sonra açıqlanacaq və hər kəs bu barədə rəsmi mənbələrdən gələn xəbərləri izləyə biləcək".
Sama xəbər agentliyi əvvəllər bildirmişdi ki, Fələstin müqavimət qruplarının hərbi birləşmələri Qəzza zolağının müxtəlif yerlərində böyük müştərək manevrlər keçirəcəklər. Məlumata görə, "Əl-Rukn Əş-Şədid" adlanan manevr on iki saat davam edəcək və bu müddət ərzində təhlükəsizlik tədbirləri görüləcək.

Teqlər