Yan 18, 2021 12:26 Asia/Baku
  • Sionist rejimi BƏƏ ilə birgə hava təlimləri keçirir

Münasibətlərin normallaşmasından sonra BƏƏ və sionist rejimi ilk dəfə Yunanıstanda bir neçə Avropa ölkəsi və ABŞ-ın iştirakı ilə açıq hava təlimləri keçirir.

SəhərAzəri xəbər verir, Münasibətlərin normallaşmasından sonra BƏƏ və sionist rejimi ilk dəfə Yunanıstanda bir neçə Avropa ölkəsi və ABŞ-ın iştirakı ilə açıq hava təlimləri keçirir.

Hər iki tərəfin hava qüvvələrinin iştirak edəcəyi təlimlər, Amerika Birləşmiş Ştatları, Kanada, İspaniya, Kipr və Slovakiya hava qüvvələrinin iştirakı ilə Yunanıstanda keçirilir. BƏƏ əvvəllər də bu təlimlərlə iştirak edib.

Yeni təlimlərin açıq şəkildə və heç bir məhdudiyyət olmadan keçiriləcəyi bildirilir. Sionist rejiminin Maariv qəzeti qeyd edir ki, BƏƏ əvvəlki təlimlərdə onların ölkəsinin iştirakı haqqında bildirilməməsini istəyib və bildirib ki, BƏƏ pilotlarının sionist rejiminin pilotları ilə fotoşəkillərini paylaşmaq lazım deyil.

Xatırladaq ki, 2020-ci ilin avqust ayında BƏƏ və sionist rejimi Trampın vasitəçiliyi ilə münasibətlərinin tam normallaşması barədə razılaşma imzaladı. O vaxtdan hər iki tərəf siyasi, diplomatik, iqtisadi, tibbi və hərbi sahələrdə müqavilələr imzaladı və Əbu-Dabi ilə Tel-Əviv arasında əlaqələr qısa müddətdə xeyli artdı.

Teqlər