Yəmənli rəsmidən ABŞ silahlarının Ərəbistana və BƏƏ-yə satışının müvəqqəti dayandırılmasına reaksiya
https://azeri.sahartv.ir/news/qərbi_asia-i372599-yəmənli_rəsmidən_abŞ_silahlarının_Ərəbistana_və_bƏƏ_yə_satışının_müvəqqəti_dayandırılmasına_reaksiya
Yəmən Ali Siyasi Şurasının üzvü bir tvitt-də Amerika silahlarının Ərəbistana və əmirliklərə satışının müvəqqəti olaraq dayandırılmasına reaksiya verib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Yan 28, 2021 11:00 Asia/Baku
  • Yəmənli rəsmidən ABŞ silahlarının Ərəbistana və BƏƏ-yə satışının müvəqqəti dayandırılmasına reaksiya

Yəmən Ali Siyasi Şurasının üzvü bir tvitt-də Amerika silahlarının Ərəbistana və əmirliklərə satışının müvəqqəti olaraq dayandırılmasına reaksiya verib.

SəhərAzəri xəbər verir, Əlhusi yazıb: Bu addım Vaşinqtonun bu iki ölkə ilə törətdiyi cinayətlərin təmizlənməsinə səbəb olmayacaq.

Muhəmməd Əli Əlhusi bu gün səhərçağı öz rəsmi tvitter səhifəsində yazıb: Silah satışının dayandırılması çəkindirici deyil və təcavüzkar Amerika-Ərəbistan-əmirliklkər terrorizminin Yəmən Respublikasına qarşı həyata keçirməkdə olduğu mühasirə, aclıq, dağıntı və qətl kimi cinayətlərin təmizlənməsinə səbəb olmayacaq.

Bəzi amerikan qaynaqlar dünən bildirdilər ki, Bayden hökuməti Ərəbistana silah və əmirliklərə F-35 qırıcılarının satışını dayandırıb.

ABŞ-ın sabiq prezidenti Donald Tramp bu ölkənin yeni prezidenti Cozef Baydenin inaqurasiya mərasiminə bir neçə gün qalmış Birləşmiş Ərəb Əmirliklərinə 23 milyard dollar dəyərində olan əlli ədəd F-35 qırıcısının satışına razılıq verdi.

Bayden hökuməti bundan öncə Tramp hökumətinin öz fəaliyyətinin son günündə Yəmənin Ənsarullah hərəkatına qarşı tətbiq etdiyi sanksiyanı bir ay müddətinə dayandırdı.