Fev 04, 2021 11:11 Asia/Baku
  • Nuri Əlmaliki: Seçkilər beynəlxalq nəzarət altında olmalıdır

İraqda «Qanun hökuməti» koalisiyasının sədri vurğulayıb ki, seçkilər beynəlxalq nəzarət altında və İraqın suverenliyinə zərbə vurulmadan keçirilməlidir.

SəhərAzəri xəbər verir, İraqın keçmiş baş naziri Nuri Əlmaliki Rusiyanın Bağdaddakı səfiri Maksim Maksimov ilə görüşdə deyib: Hazırkı etap növbədənkənar seçkilərin keçirilməsinin şahidi olacaq və onun əcnəbilərin seçki prosesinə müdaxilələrindən və silah gücündən uzaq saxlanılması üçün münasib atmosfer yaradılmalıdır.

Ölkəsinin İraqı himayə etdiyini bildirən Rusiya səfiri də onun iki ölkə arasında iqtisadi və mədəni əməkdaşlıqların genişləndirilməsi və bütün sahələrdə münasibətlərin gücləndirilməsinə olan təmayülünə təkid edib.

Belə bir halda, İraqda «Milli Hikmət» cərəyanının lideri və Əliraqiyyun koalisiyasının sədri Seyyid Əmmar Əlhəkim çərşənbə axşamı günü Rusiyanın Bağdaddakı səfiri ilə görüşdə deyib ki, İraq seçkilərinə beynəlxalq nəzarət, detallara müdaxilə olmadan baş tutmalıdır.

İraqda növbədənkənar parlament seçkiləri oktyabrın onunda keçirilməlidir.

Teqlər