İŞİD Kərkükdə İraq federal polisinə hücum edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i372952-İŞİd_kərkükdə_İraq_federal_polisinə_hücum_edib
İraq xəbər mənbələri Cümə gecəsi İŞİD terror qruplaşmasının qalıqlarının ölkənin şimalında İraq Federal Polisinə hücum etdiyini bildirdi.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Fev 06, 2021 08:06 Asia/Baku
  • İŞİD Kərkükdə İraq federal polisinə hücum edib

İraq xəbər mənbələri Cümə gecəsi İŞİD terror qruplaşmasının qalıqlarının ölkənin şimalında İraq Federal Polisinə hücum etdiyini bildirdi.

SəhərAzəri xəbər verir ki, İraq Müqavimət Qüvvələrinin Saberin News kanalı xəbər verir ki, İŞİD terror qruplaşmasının qalıqları bir daha İraqın şimalında Kərkük əyalətindəki bir federal polis idarəsini hədəfə alıb.

Məlumata görə,hücuma məruz qalan Polis mərkəzi İraqın şimal əyalətindəki Daquq kəndlərinin ətrafında yerləşir.

İndiyədək tələfat barədə məlumat verilməyib.

Xatırladaq ki 2017-ci ildə üç il davam edən döyüşlərdə İraq "İŞİD" terror qruplaşması üzərində qələbə qazandı, lakin bu terror qruplaşmasının dağınıq elementləri və qalıqları "Diyalə, Kərkük, Neynəva, Səlahəddin, Əl-Ənbar və Bağdad "əyalətləri”-nin bəzi bölgələrində hələ də fəaldır.