ABŞ-ın İŞİD-i İraqa köçürməsi haqda mötəbər informasiyalar
Fev 15, 2021 17:31 Asia/Baku
İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü Amerikanın İŞİD ünsürlərini İraqa köçürməsi barədə fakt və sənədlərin mövcud olmasından xəbər verib.
SəhərAzəri xəbər verir ki, Bədr Əlziyadi bu gün Ələhd kanalı ilə müsahibədə deyib: Əldə olunmuş çox sayda videoyazılar göstərir ki, amerikan təyyarə İŞİD-çiləri İraq ərazisinə daxil edərək, onları bu ölkənin müxtəlif bölgələrinə köçürür.
İraq parlamentinin təhlükəsizlik və müdafiə komissiyasının üzvü söyləyib: Bu videolar əlimizə çatarkən onları parlamentin təhlükəsizlik və müdafiə komissiyasında araşdırdıq və sənədlə təhlükəsizlik rəislərindən istədik ki, bu məsələ ilə ciddi davransınlar.