Fev 17, 2021 17:45 Asia/Baku
  • Hindistanda avtobus su kanalına çırpılması nəticəsində 39 nəfər ölüb

Hindistanın mərkəzi Madhya Pradeş əyalətində bir avtobusun kanala düşməsi nəticəsində ən az 39 nəfər ölüb.

SəhərAzəri xəbər verir ki, Çərşənbə axşamı baş verən qəzada bir neçə nəfər yaralanıb, bir neçəsi  də itkin düşüb.

İlkin araşdırmalar göstərir ki, 50-dən çox sərnişini olan avtobus bir körpü ilə toqquşub birdən istiqamətini dəyişdikdən sonra su kanalına çırpılıb.

Hindistanda hər gün yol qəzalarında ən az 400 nəfər ölür.

 

Teqlər