Fev 28, 2021 11:43 Asia/Baku
  • İraqda hərəkat lideri: “Sabitlik amerikalıların qovulması ilə əldə olunar”

İraqdakı Əsaib Əhləl Haqq hərəkatının baş katibi Şeyx Qeys Əl-Xəzəli ABŞ-ın Suriya sərhədindəki Əl-Həşduş Şəbi qüvvələrinin qərargahına hücumunu qınayıb.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Şeyx Qeys Əl-Xəzəli bəyanatında ABŞ əsgərlərinin ölkədən qovulması üçün hər cür şəraitin olduğunu bildirib: “İraqın Suriya ilə sərhədlərini qorumaq vəzifəsini yerinə yetirən Əl-Həşduş Şəbi qərargahının hədəfə alınmasını qınayırıq və bu çirkin hərəkət göstərir ki, ABŞ-ın yeni rəhbərliyi və düşmən siyasətləri və bu hücumların qəsdən davam etdirilməsi açıq şəkildə sionist rejimin xidmətindədir və iraqlıların və uşaqlarını itirməyin zərərinədir.

Amerika qoşunlarının İraqdan çıxarılması bu ölkədə sabitliyə nail olmağın yeganə yolu olduğunu vurğulayırıq və buna nail olmaq üçün xalqın rəhbərliyi və siyasi qərarları və İraq müqavimətinin gücü kifayətdir”.

Teqlər