Mart 07, 2021 17:36 Asia/Baku
  • Livan xalqının etirazlarının arxasında amerikan fitnə durur

Livanın işlərinin irəlilədilməsi hökumətinin baş naziri ölkənin durumunun partlayış həddinə çatması haqda xəbərdalıq edərək, deyib: Öz vəzifəmdən kənara çəkilməyə hazıram.

SəhərAzəri xəbər verir ki, Livan partlayış astanasında. Bu, Livanın işlərinin irəlilədilməsi hökumətinin baş naziri Həssan Diabın Livanın hazırkı vəziyyətilə bağlı təbiridir.

m.k- Yeganə həll yolu, yeni hökumətin təşkilidir. Maliyyə böhranı həll edilmədən sosial problemlərin həlli imkanı yoxdur. Livan təhlükədədir.

Amerikanın sanksiyaları Livanın hazırkı maliyyə böhranı və bu ölkənin milli pul vahidinin dəyərinin əlli faiz azalmasının dəlillərindəndir.

Bu kəskin tənəzzüldən bir neçə gün bundan öncə Amerikanın Livandakı səfiri Doroti Şea əhali arasında pulsuz maska paylamaqla fitnədən öncəki şousunu nümayiş etdirdi.

m.k- Amerikanın və səudiyyənin hökumətin təşkilindəki müdaxilələri aşkardır. Onlar öz nüfuzları və sionist rejimin təhlükəsizliyini təmin etmək məqsədilə Livanda çaxnaşma yaratmaq niyyətindədirlər. Əlbəttə, prezidentlə hökumətin təşkilinin həvalə olunduğu şəxs arasında daxili ixtilaflar var. Səəd Həriri tərslik etməməli və parlament üzvlərinin əksəriyyətinin nəzərinə hörmət etməlidir. Əlbəttə, onun son həftələrdəki çoxsaylı xarici səfərləri də şübhə doğurur.

Livan prezidenti Mİşel Oun da bu ölkənin mərkəzi bankının baş direktoru Riyad Səlaməni çağıraraq, ondan Livan lirəsinin dəyərinin süqut etməsinin dəlilləri barədə təhqiqatın aparılması və onun nəticələrinin məhkəmə aparatına təqdim olunmasını istəyibdir.

Livandakı təhlükəsizlik ekspertləri deyirlər ki, Beyrutda bir avtomobilin etirazçılara hücum etməsi və yeddi nəfərin yaralanması, bəzi ünsürlərin çaxnaşma törətmək üzrə məqsədyönlü fəaliyyətlərinin nişanəsidir.

Livanın ordusu və daxili təhlükəsizlik qüvvələri də bəzi iğtişaşçı ünsürlərin etirazlar atmosferindən sui-istifadə etmələri, həmçinin ictimai əmlakın dağıdılması və insanların həyatının təhdid edilməsi barədə ciddi xəbərdarlıq ediblər.

Teqlər