Mart 09, 2021 16:55 Asia/Baku
  • Kazimeyndəki terror hücumunda bir qadın şəhid olub

İraq təhlükəsizlik informasiyası qərargahı Kazimeyndə törədilən terror hücumunda bir qadının şəhid olmasını təsdiq edib.

SəhərAzəri xəbər verir, İraq təhlükəsizlik informasiyası qərargahı ikinci bəyanat yayaraq, bildirib ki, Kazimeyndə qumbara partlaşı nəticəsində bir qadın şəhid olub, otuz bir nəfər isə yaralanıbdır.

Bu qərargah sonra bildirib: Müalicə qrupları səhiyyə nazirinin birbaşa istiqamətləndirməsilə bu terror hadisəsində yaralanmış üç nəfərin vəziyyətinə təcili surətdə baxmaqdadırlar. Yaraları az və ya orta olan digər yaralılar isə xəstəxanadan buraxılıblar.

İraqlı mənbələr dünən axşamçağı Kazimeyndə, İmam Musa ibn Cəfər(ə) zəvvarlarının yolunda yerləşən Ələyimə körpüsünün yaxınlığına bir qumbaranın atılmasından xəbər verdilər.

İraq təhlükəsizlik informasiyası qərargahı bundan öncə bir bəyanatda Kazimeyn partlayışında səkkiz nəfərin yaralandığını bildirmişdi.

Teqlər