Mart 11, 2021 13:17 Asia/Baku
  • BMT Suriyada aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq edib

BMT-nin baş katibi Suriyaya qarşı müharibənin onuncu ildönümü münasibətilə etdiyi çıxışda bu ölkə xalqının 60 faizini təhdid edən aclıq təhlükəsi ilə bağlı xəbərdarlıq edib.

SəhərAzəri xəbər verir, Antonio Quterreş Suriya xalqına humanitar yardımların çatdırılması üçün daha çox keçidlərin yaradılmasına çağırıb və hazırkı acınacağlı məişət şəraitini ölkədəki mövcud qarşıdurma, korrupsiya, blokada və koronavirusun yayılması ilə əlaqələndirib.

BMT baş katibi, həmçinin Suriyada döyüşən tərəflərin güzəştə getməsinin və bu ölkə xalqına qarşı cinayət törədənlərin cəzalandırılmasının vacibliyini vurğulayıb.

Suriya böhranı 2011-ci ildə Səudiyyə Ərəbistanı, ABŞ və müttəfiqlərinin dəstəklədiyi terrorçu qruplaşmaların region parametrlərini sionist rejimin xeyrinə dəyişdirmək məqsədilə bu ölkəyə geniş hücumu ilə başlayıb.

Son zamanlar Suriya ordusu İran İslam Respublikasının hərbi məsləhətçilərinin köməyi və Rusiyanın dəstəyi ilə İŞİD terror qruplaşmasının bu ölkədəki işinə son qoyub.

Digər terror qrupları da yenilməkdədirlər.

Teqlər