Mart 13, 2021 09:42 Asia/Baku
  • Sionist rejim Həmas-ın Fələstin seçkilərində qalib gəlməsindən nigarandır

Sionist rejim mediaları bu rejimin təhlükəsizlik orqanlarının Həmas hərəkatının Fələstin seçkilərində qalib gəlməsi ehtimalı barədəki nigarançılıqlarından xəbər veriblər.

SəhərAzəri xəbər verir ki, Sionist rejim mediaları bildiriblər ki, bu rejimin təhlükəsizlik orqanları Həmas-ın Fələstin qanunvericilik seçkilərində qalib gələcəyi təqdirdə bu hərəkatın Qəzzə zolağından əlavə, qərb sahilinə də yiyələnəcəyindən nigarandırlar.

Sionist rejimin nazirlər kabinetinin işğal olunmuş Fələstin bölgələrindəki fəaliyyətlərinin koordinatoru Kamil Aburken bu haqda belə deyib: Həmas Fələstin qanunvericilik seçkiləri ilə bağlı konkret hədəfə və böyük ciddi-cəhdə malikdir. Bu üzdən, məhkəmə aparatına nəzarətlə bağlı məsələlərlə də razıdır, zira onun məqsədi, qərb sahilinə nail olmaqdır.

Aburken sonra deyib ki, əgər Həmas seçkilərdə qalib gələrsə, Fələstinin sionist rejimlə heç bir təhlükəsizlik koordinasiyası da olmayacaqdır.

Fələstin parlament seçkiləri 2021-ci il mayın 22-də, rəyasət seçkiləri iyulun otuz birində, milli şura seçkiləri isə avqustun otuz birində keçiriləcək.

Teqlər