Səudiyyə Ərəbistanı yeni hava hücumundan müdafiə sistemi axtarır
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375538-səudiyyə_Ərəbistanı_yeni_hava_hücumundan_müdafiə_sistemi_axtarır
Səudiyyə Ərəbistanı Yəmənin davam edən raket və PUA hücumlarından sonra, Avropa və Amerika ölkələrində yeni hava hücumundan müdafiə sistemləri almağa çalışır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 09, 2021 08:42 Asia/Baku
  • Səudiyyə Ərəbistanı yeni hava hücumundan müdafiə sistemi axtarır

Səudiyyə Ərəbistanı Yəmənin davam edən raket və PUA hücumlarından sonra, Avropa və Amerika ölkələrində yeni hava hücumundan müdafiə sistemləri almağa çalışır.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanın hərbi mənbələri, Ər-Riyadın inkişaf etmiş və praktik hava hücumundan müdafiə sistemi axtarmaq üçün Avropa ölkələrinə və ABŞ-a heyət göndərdiyini söyləyib.

Səudiyyə Ərəbistanı WikiLeaks-in verdiyi məlumata görə, Yəmən ordusu və inqilabi xalq komitələrinin raket və PUA hücumlarına qarşı mövcud zenit sistemlərinin səmərəsizliyini müşahidə edən Səudiyyə rejiminin hərbi nümayəndə heyəti, Yəməndən gələn hərbi bir təhdidlə mübarizə apara biləcək radar sistemi, raket buraxılışı, komanda mərkəzi və sifariş sistemlərini seçməyə çalışır.

“Financial Times” bu yaxınlarda Səudiyyə rejimində maliyyə böhranının Ər-Riyad hökumətinin kütləvi silah alış-verişinə təsir etmədiyini yazmışdı. Qərbdəki bir silah şirkətinin meneceri qəzetə açıqlamasında bunları demişdi: “Onların xərclərini azaltmalarını gözləyirdim, lakin Səudiyyə şahzadələri və səlahiyyətlilərinin dediklərinə görə, bunu etmək niyyətləri yoxdur”.

Keçən ilin may ayında “Boeing” Səudiyyə rejimi ilə 1.000 yer-hava raketlərinin və gəmi əleyhinə raketlərin satışı üçün 2.6 milyard dollarlıq bir müqavilə imzalamışdı.

Səudiyyə rejiminə Todd zenit raketləri satan şirkət olan Lockheed Martin-in Yaxın Şərq şöbəsinin direktoru beə deyib: “Səudiyyə hərbi xərclərində heç bir azalma yoxdur. Regional təhdidlər azalmayıb ....”

Yəmənin son illərdəki raket və PUA hücumları güc nisbətini Yəmənin lehinə dəyişib.