Apr 09, 2021 16:48 Asia/Baku
  • Səud koalisiyası ağır silahları Məaribdən çıxardı

Yəmən müharibəsində ağır silahların təsirsizliyini anlayan təcavüzkar Səud koalisiyası, vətəndaş müharibəsinə başlamaq üçün silahları bölgədən çıxarıb.

SəhərAzəri Dəyərlər.org-yə istinadən xəbər verir ki, Əl-Əxbar qəzeti işğalçı Səudiyyə koalisiyasının bu həftənin ortalarında öz cəbhə tərəfdaşlarına, Amerikanın “Oshkush” zirehli maşınları da daxil olmaqla, Məarib ətrafındakı əməliyyat cəbhələrində qalmış ağır silahları çıxarmağı əmr etdiyini bildirib.

Qəzetin yazdığına görə, Əl-İslah partiyasına bağlı hərbi liderlərin çoxu bu əmrlərə məhəl qoymayıb və istefa vermiş rejimə bağlı çoxlu sayda lider də əmrə tabe olmayıb və Ər-Riyad, BƏƏ ilə əlaqəli liderlərdən biri olan Sağir bin Əzizi bu vəzifəni yerinə yetirməsini istəyib.

Hərbi mənbələr Sağir bin Əzizin zirehli texnikaların bu həftə Məarib və Əl-Cəvf vilayətləri arasında yerləşən bütün düşərgələrdən və əməliyyat cəbhələrindən çıxarılmasını əmr etdiyini bildirib.

Bin Əziz bu zirehli maşınların Səudiyyə rejiminə Əl-Vadiyyə sərhəd-buraxılış məntəqəsi vasitəsi ilə çatdırılmasını şəxsən nəzarət edib. Sərəncama tabe olmayan komandirləri də həbs edib.

Əl-Əxbarın yazdığına görə, Ər-Riyadın zirehli maşınların çıxarılmasına yeni yanaşması bu maşınların mövcudluğunun Yəmən xalqına qarşı müharibədə Ər-Riyad və Əbu-Dabiyə bağlı muzdlular arasında itkiləri azalda bilmədiyini göstərir.

Qəzet yazır ki, istefa vermiş rejim və Əl-İslah partiyasının ünsürləri Cəbəl Əl-Axşar kimi həssas bölgələrdə geri çəkilir və Yəmən qüvvələri bu istiqamətdə irəliləyir. Bu ərazi Məarib şəhərinin qərb hissəsində yerləşən Səhn Əl-Cin hərbi bazasını dəstəkləyən son və ən vacib ərazidir.

Məlumata görə, ərazi azad edilsə, baza da hərbi yolla süqut etmiş sayılacaq, çünki bazada Müdafiə Nazirliyinin qərargahı və bir neçə mühüm qərargah var.

Bu arada istefa edən hökumət qüvvələri ilə Murad və Ubəyda tayfalarına bağlı ünsürlər arasındakı fərqlər artdı və nəticədə bu qəbilələrdən onlarlası cənubdakı Murad Cəbhəsindən və Məarib şəhərinin şimal-qərbindəki Əl-Talaa Əl-Həmraa Cəbhəsindən geri çəkilib.

Teqlər