Apr 11, 2021 14:54 Asia/Baku
  • Üçhəftəlik fasilədən sonra Netanyahuya qarşı aksiyalar bərpa olunub

İşğal olunmuş ərazilərin sakinləri qısa fasilədən sonra Qüdsü işğal etmiş rejimin korrupsioner baş nazirinə qarşı aksiya keçiriblər.

SəhərAzəri  xəbər verir ki,İşğal olunmuş ərazilərin sakinləri sionist rejimin son seçkilərindən sonra dünən ilk dəfə olaraq küçələrə çıxaraq, Netanyahunun korrupsiyasına qarşı öz etirazlarını bildiriblər.

Bu aksiya sonra Netanyahunun iqamətgahı qarşısında davam etdirilib.

İşğal olunmuş ərazilər son aylar ərzində dəfələrlə Benyamin Netanyahunun korrupsiyasına, eləcə də onun koronavirusa qarşı mübarizədəki zəif fəaliyyətinə qarşı etirazların şahidi olublar.

Son aylar ərzində Netanyahu korrupsiya ilə bağlı dörd işə cəlb olunub. Medialarda bu işlər "1000", "2000", "3000" və "4000" nömrəli işlər kimi tanınır.

Netanyahu cinayət araşdırmaları və istintaqı ilə üzləşən ilk sionist məmuru deyil. Əxlaq və maliyyə pozuntuları sionist rejimin məsul şəxsləri arasında rəvac tapıbdır.

Teqlər