Suriyanın ABŞ hərbi bazası raketlərlə hədəfə alındı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i375843-suriyanın_abŞ_hərbi_bazası_raketlərlə_hədəfə_alındı
Suriyanın Deyr Əz-Zor vilayətindəki ABŞ hərbi bazasına raketlərlə zərbə endirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 15, 2021 19:19 Asia/Baku
  • Suriyanın ABŞ hərbi bazası raketlərlə hədəfə alındı

Suriyanın Deyr Əz-Zor vilayətindəki ABŞ hərbi bazasına raketlərlə zərbə endirib.

SəhərAzəri : İraqın Aletejah TV şəbəkəsinin bildirdiyinə görə, bir neçə raket Deyr Əz-Zorun şimal ətrafındakı Koniko Qaz Şirkəti yaxınlığında ABŞ bazasını hədəfə alıb.

 Hücum nəticəsində bir neçə Amerika əsgəri ağır yaralanıb. Xəbərdə qeyd edilib ki, yaralılar xəstəxanaya aparılıb.

 Xəbərdə bazanın Deyr Əz-Zorun şimal oxunda yerləşdiyi qeyd olunub və son aylarda bazanın bir neçə dəfə hədəfə alındığı vurğulanıb.

 ABŞ Dəniz Qüvvələrinin əsas mərkəzi olan bu bazanın əslində əsas missiyası Suriyanın neft ehtiyatlarını talan etməkdir.sputnik