Müqtəda Sədr İsrailin hərəkətlərini qınadı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i376863-müqtəda_sədr_İsrailin_hərəkətlərini_qınadı
İraqın "Sədr" hərəkatının sədri Seyid Müqtəda Sədr İsrail rejiminin Əl-Əqsa məscidinə qarşı hərəkətlərini qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 10, 2021 12:54 Asia/Baku
  • Müqtəda Sədr İsrailin hərəkətlərini qınadı

İraqın "Sədr" hərəkatının sədri Seyid Müqtəda Sədr İsrail rejiminin Əl-Əqsa məscidinə qarşı hərəkətlərini qınayıb.

SəhərAzəri-nin məlumatına əsasən, o bu barədə rəsmi "Tvitter" hesabında yazıb.

  Müqtəda Sədr Qüdsün İsrail rejiminə yox, bütün dinlərə məxsus olduğunu vurğulayıb. "Biz işğalçı qüvvələr tərəfindən edilən zorakılıqları və Əl-Əqsa məscidi içərisində dinc şəkildə oturaq aksiya keçirən fələstinlilərə vəhşi hücumları narahatlıq ilə izləyirik. Beynəlxalq ictimaiyyət də baş verənlərə susmamalıdır", - deyə Seyid Müqtəda Sədr diqqətə çatdırıb.