Afrika Birliyi İsrail rejiminin Əl-Əqsa məscidi və Qəzzəyə hücumlarını qınadı
https://azeri.sahartv.ir/news/qərbi_asia-i376924-afrika_birliyi_İsrail_rejiminin_Əl_Əqsa_məscidi_və_qəzzəyə_hücumlarını_qınadı
Afrika Birliyi (AfB) İsrail rejimi qüvvələrinin Əl-Əqsa məscidinə və blokada altındakı Qəzzə zolağına hücumlarını sərt şəkildə qınayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 12, 2021 18:54 Asia/Baku
  • Afrika Birliyi İsrail rejiminin Əl-Əqsa məscidi və Qəzzəyə hücumlarını qınadı

Afrika Birliyi (AfB) İsrail rejimi qüvvələrinin Əl-Əqsa məscidinə və blokada altındakı Qəzzə zolağına hücumlarını sərt şəkildə qınayıb.

SəhərAzəri-nin məlumatına əsasən, AfB Komissiyasının prezidenti Musa Faki Muhammed mövzu ilə əlaqədar verdiyi açıqlamasında, İsrail rejimi qüvvələrinin Əl-Əqsa məscidi və Qəzzədə namaz qılanlara qarşı hücumlarını qınayıb və bir birlik olaraq fələstinlilərin yanında olduqlarını vurğulayıb.

Musa Faki Muhammed fələstinlilər üçün Şərqi Qüdsün paytaxtı olan müstəqil və suveren dövləti dəstəklədiklərini qeyd edib.