Təcavüzkar ölkələr yəmənlilərin məğlubiyyətini mümkünsüz bilirlər
https://azeri.sahartv.ir/news/qərbi_asia-i377812-təcavüzkar_ölkələr_yəmənlilərin_məğlubiyyətini_mümkünsüz_bilirlər
Yəmənin milli qurtuluş hökumətinin baş naziri bildirib ki, təcavüzkarlar yəmənlilərin məğlubiyyətini mümkünsüz bilirlər. O, deyib ki, təcavüzkar ölkələr müharibəni uduzublar və müəyyən qədər ondan abırla çıxmaq istəyirlər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2021 09:39 Asia/Baku
  • Təcavüzkar ölkələr yəmənlilərin məğlubiyyətini mümkünsüz bilirlər

Yəmənin milli qurtuluş hökumətinin baş naziri bildirib ki, təcavüzkarlar yəmənlilərin məğlubiyyətini mümkünsüz bilirlər. O, deyib ki, təcavüzkar ölkələr müharibəni uduzublar və müəyyən qədər ondan abırla çıxmaq istəyirlər.

 SəhərAzəri-nin məlumatına əsasən, Əbduləziz bin Salih Həbtur dünən gecə Əlməyadin telekanalı ilə müsahibədə sonra bildirib ki, Vaşinqton və müttəfiqləri münasib çıxış yolu axtarırlar, zira bilirlər ki, Yəmən xalqının uduzması mümkünsüzdür, buna görə, onların birdən artıq seçimi yoxdur.

Belə bir halda, yüksək vəzifəli bir Oman heyəti iyunun beşində Yəmənin paytaxtı Sənaya daxil olub.

Yəmənli müzakirə heyətinin müşayiət etdiyi bu nümayəndə heyətinin səfəri səud koalisiyasının 2015-ci ildə Yəmənə qarşı təcavüzünün əvvəlindən bəri bir Oman heyətinin Sənaya ilk səfəri sayılır.

Ərəbistanın 2015-ci ildə Yəmənə qarşı başlatdığı savaşdan bəri Oman tərəfsizliyə və Yəmən əleyhinə ərəb koalisiyasında iştirak etməməyə üstünlük verdi. Və hətta öz sərhədləri və ərazisini istisna olmadan bütün yəmənli qrupların üzünə açmağa çalışdı.