İyun 08, 2021 19:15 Asia/Baku
  • İsrail rejimi

Sionist İsrail Qüds şəhərində 10 iyunda "Bayraq yürüşü" keçirmək planını ləğv etmək məcburiyyətində qalıb.

 SəhərAzəri  İsraildə çıxan "Haaretz" qəzetinə istinadən xəbər verir: işğalçı İsrail rejimi Qüds şəhərində "Bayraq yürüşü" keçirmək niyyətində olsa da, bu qərarı ləğv etmək məcburiyyətində qalıb. Yürüşün ləğv edilməsinə səbəb isə Fələstinin "Həmas" Müqavimət Hərəkatının bu tədbirlə bağlı xəbərdarlığı olub.

İsrail polisi bildirib ki, təhlükəsizlik məsələləri ilə bağlı yaranmış nigarançılıq səbəbindən 10 iyun tarixində bayraq yürüşü iştirakçılarının müsəlmanlar yaşayan məntəqələrdən keçməsinə icazə verilməyəcək. Bu xəbərdən sonra ifratçı sionist rejim partiyaları bəyanat yayaraq, yürüşün ləğv edilməsinə etiraz ediblər və bu qərarın Həmas qarşısında məğlubiyyəti qəbul etmək anlamına gəldiyini söyləyiblər.

Teqlər