“Bayraq yürüşü” yoxsa vandallıq?
Ultra-ifratçı sionistlər Qüdsdə provokasiya ilə məşğuldurlar
Siyasət meydanını tərk etməkdə olan Netanyahu rejimi radikal sionistlərin Qüdsdə “Bayraq yürüşü”nü keçirməsinə imkan yaradır.
SəhərAzəri-nin məlumatına əsasən, ekspertlər bu yürüşün keçiriləcəyi təqdirdə yenidən qarşıdurmanın, hətta müharibənin baş verəcəyi barədə xəbərdarlıq edirlər.
Bu yürüş 1967-ci ilin iyununda Qüdsün tamamının işğal edilməsindən sonra radikal yəhudi cinahları tərəfindən “Bayraq yürüşü” adı altında keçirilməyə başlayıb. Sözügedən radikal yəhudi cinahları bu dəfə həmin yürüşü Qüdsün şərqində yəni müsəlmanların olduğu bölgələrdə də keçirməyə can atırlar.
Qeyd edək ki, son Qəzzə-İsrail müharibəsi də məhz İsrail rejiminin Qüdsün şərqində həyata keçirdiyi addımlarla bağlı idi. Ona görə də “Bayraq Yürüşü”nün keçirilməsi yeni qarşıdurmaya səbəb ola bilər. Fələstinli qruplar sionist quldurların Qüds və Əl-Əqsada təxribatına dözməyəcəklərini və lazım gələrsə işğalçı rejimdən qisas alınacaqlarını bildiriblər.