İyun 11, 2021 13:41 Asia/Baku
  • Sionistlər arasında intihar dalğası kəskin artıb

Sionistlər arasında özünüyandırma da daxil olmaqla intihar dalğasının kəskin tərzdə artıdığı bir halda, nevroloq və psixiatrlar, palataların iyirmi faiz artırılmasını istəyiblər.

SəhərAzəri-nin məlumatına əsasən, sionist «Haarets» qəzeti ətraflı bir məlumatda, qəsb edilmiş Fələstində sionist yeniyetmə və gənclər də daxil olmaqla bu rejimdəki müxtəlif təbəqələrin ağır ruhi və psixoloji şəraitlərini ifşa edib. Bildirib ki, nevrologiya və psixatriya üzrə yeniyetmə və gənc xəstələrin sayı artmaqdadır.

Bu məlumata görə, bir tərəfdən, sionistlərin sığınacaqlara ardıcıl giriş və onlardan ardıcıl qaçışları, digər tərəfdən isə koronavirus epidemiyasına görə, uzunmüddətə həbsdə olmaları, sionist yeniyetmə və gənclərin ruhi və psixoloji şəraitlərinin maksimum ağırlaşmaya doğru irəliləməsinə bais olubdur.

Sionist rejimin «İtanim» adlı nevrologiya və psixatriya xəstəxanasının uşaqlar və yeniyetmələr bölməsinin müdiri professor Yuaf Kohen deyib ki, müxtəlif nöqtələrdə yerləşən uşaqların psixatriya bölmələri çox sayda xəstə tutumuna malik deyillər, halbuki bəzi yeniyetmələrin şəraiti onları intihar həddinə çəkib və Qüdsün yaxınlığında yerləşən bu xəstəxanada xəstə qəbulu miqdarı yüz otuz faiz olubdur.

Teqlər