Sionist rejimin hər bir ağılsızlığına cavab verməyə gəlmişik
Fələstin xalqının müqavimət hərəkatı və müqavimət komitələri vurğulayıblar ki, sionistlər Qəzzə zolağına hücumla öz əsgərlərinin ruhiyyəsini qaldırmaq və əhəmiyyətsiz bir qələbə əldə etməkdir.
SəhərAzəri-nin məlumatına görə, Fələstin müqavimət komitələrinin informasiya ofisinin məsul şəxsi Muhəmməd Əlbrim dünən gecə bildirib ki, yeni bir parametrin yaranmasına icazə verməyəcəyik və sionist rejimin bu gün Qəzzəyə hücum üzrə hərəkətinin cavabı veriləcək.
Fələstin mediaları dünən gecə bildirdilər ki, Qəzzə zolağının şimalı sionist rejim PUA-larının hücum hədəfinə çevrilib. Bu PUA-lar Qəzzə zolağının şimalında yerləşən «Beyt-Lahiya»nın şərqindəki müqavimət qüvvələrinə aid olan bir bazanı hədəfə alıblar.
Bu fələstinli məsul şəxs vurğulayıb ki, müştərək əməliyyat otağı həmişə iclaslar keçirməkdədir ki, hadisələri və meydan mövqeyini izləmiş və araşdırmış olsun. Sionist düşmənə Fələstin xalqına qarşı təcavüz və cinayətlərini davam etdirmək icazəsi verməyəcəyik.
Belə bir halda, Fələstin xalq müqaviməti hərəkatının media sözçüsü Muhəmməd Əldiravi də vurğulayıbdır ki, sionist rejim əhəmiyyətsiz bir qələbə ardıncadır ki, bu yolla öz əsgərlərinin ruhiyyəsini qaldırmış olsun.
Əldiravi vurğulayıb ki, sionistlərin bu hücumlarda hədəfi, sionist sakinlər qarşısında süqut və məğlubiyyət təsvirini dəyişməkdir.
Müştərək əməliyyat otağı qüdrətlə iştirak edir və sionistlərin hər bir ağılsızğlığına cavab verəcək.
Əldiravi bildirib ki, müştərək əməliyyat otağı vəziyyəti araşdırmaqdadır ki, Fələstin xalqını sevindirə bilmiş və sionist planları uğursuz qoymuş olsun.