Marəbdə bir amerikan casusluq təyyarəsi vurulub
Yəmənin ordusu və xalq komitələrinin sözçüsü bu ölkənin Marəb vilayətində «Skan İql»(Scan Eagle) tipli bir amerikan casusluq təyyarəsinin vurulduğunu bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, briqada generalı Yəhya Əlsərii vurğualyıb ki, amerikan casusluq təyyarəsi Yəmənin Marəb vilayətinin Sərvah bölgəsinin Əlməşcəh rayonunun hava məkanında təcavüz və düşmənçilik hərəkətləri ilə məşğul imiş.
Yəmənin ordusu və xalq komitələrinin sözçüsü bildirib ki, bu təyyarənin vurulması əməliyyatı müharibə informasiyası qərargahının kameraları ilə qeydə alınıb və onun filmi tezliklə yayılacaqdır.
Əlsəriinin sözlərinə görə, silahlı qüvvələr vurğulayırlar ki, təcavüzkarların hərəkətləri ilə mübarizə və Yəmənin hava məkanının qorunması sahəsindəki vəzifələrinə əməl etmək üçün əlindən gələni əsirgəməyəcəklər.
Yəmənin ordusu və xalq komitələri səud koalisiyasının Yəmənə hücumunun başlanmasından bəri Ərəbistanın və müttəfiqlərinin onlarla pilotsuzunu vurublar. Səud rejiminin Yəməni hərtərəfli şəkildə mühasirəyə almasına rəğmən, Yəmənin ordusu və xalq komitələrinin müdafiə gücü günü-gündən artmaqdadır.