Baydenin sionist rejim başçısına yaltaqlığı
ABŞ prezidenti sionist rejimə dəstəyi barədəki öhdəliyini xatırladıb
ABŞ prezidenti sionist rejimin başçısı ilə görüşdə anti-İran iddiaları təkrar edərək, bir daha Vaşinqtonun/ uşaq qatili olan sionist rejimə olan dəstəyi barədəki öhdəliyini xatırladıb.
SəhərAzəri-nin məlumatına əsasən, Co Bayden öz ofisində Reuven Rivlinlə keçirdiyi görüşdə iddia edib ki, onun məsuliyyəti dövründə İran əsla nüvə silahı əldə edə bilməyəcək.
Amerika ilə sionist rejimin başçılıq etdikləri Qərb ölkələri ötən illərdə İranı nüvə proqramında hərbi məqsədlər güdməkdə ittiham ediblər. İran isə bu iddiaları qətiyyətlə rədd edibdir.
İran vurğulayır ki, nüvə silahlarının yayılmaması müqaviləsini imzalayan ölkələrdən biri və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin üzvü kimi dinc məqsədlər üçün nüvə texnologiyasına nail olmaq haqqına malikdir.
Bundan əlavə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin müfəttişləri indiyə kimi dəfələrlə İranın nüvə təsisatlarından baxış keçirib, lakin Tehranın dincməqsədli nüvə proqramının hərbi məqsədlərə tərəf yayınması barədə heç bir sənəd tapmayıblar.