İsrailin Əbu-Dəbidə səfirlik açması Müqəddəs Qüdsə xəyanətdir
https://azeri.sahartv.ir/news/qərbi_asia-i378616-İsrailin_Əbu_dəbidə_səfirlik_açması_müqəddəs_qüdsə_xəyanətdir
Fələstin İslami Cihad Hərəkatı İsrail rejiminin Əbu-Dəbidə səfirlik açmasını müqəddəs Qüdsə xəyanət kimi qiymətləndirərək bu addımı kəskin şəkildə pisləyib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 01, 2021 08:19 Asia/Baku
  • İsrailin Əbu-Dəbidə səfirlik açması Müqəddəs Qüdsə xəyanətdir

Fələstin İslami Cihad Hərəkatı İsrail rejiminin Əbu-Dəbidə səfirlik açmasını müqəddəs Qüdsə xəyanət kimi qiymətləndirərək bu addımı kəskin şəkildə pisləyib.

SəhərAzəri-nin "MehrNews"a istinadən verdiyi xəbərə görə, bunu "İslami Cihad"ın nümayəndəsi Tariq Səlmi açıqlayıb.

Onun sözlərinə görə, Əbu-Dəbidə açılan o yer casusluq yuvası və bölgə xalqlarına qarşı sui-qəsd mərkəzidir.

Hərkat təmsilçisi qeyd edib ki, fələstinlilərin sionistlərin terror hücumları nəticəsində qanının tökülməsinə baxmayaraq, Birləşmiş Ərəb Əmirliklərinin rəhbərləri Əbu-Dəbidə bu rejimin səfirliyini açır, sionist qatillərə və cinayətkarlara qiymətli hədiyyələr paylayır. Lakin unudurlar ki, sionist rejimin heç bir idarəsinin legitimliyi yoxdur.