İraqda İŞİD-in Kərbəla zəvvarlarına hücumlarının qarşısı alınıb
İraqın Milli Təhlükəsizlik Təşkilatı cümə günü İŞİD terrorçularının bu ölkənin şərqində yerləşən Diyalə vilayətində İmam Hüseynin (ə) Ərbəini zəvvarlarına qarşı terror planının qarşısını aldığını açıqlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, İraqın Milli Təhlükəsizlik Təşkilatı bir bəyanat yayaraq, bildirib ki, bu ölkənin təhlükəsizlik qüvvələri Diyalə vilayətinin cənubunda İŞİD terror qruplaşmasının sığınacağına hücum edərək, terrorçuların ərbəin zəvvarlarını hədəfə almaq üçün nəzərdə tutduqları 4 partlayıcı kəmər, 4 bomba və bir neçə qumbara atanı aşkarlayaraq, zərərsizləşdiriblər.
1443-cü hicri qəməri ili səfər ayının 20-i, 2021-ci il sentyabrın 27-i, şiələrin üçüncü imamı İmam Hüseynin (ə) və vəfalı silahdaşlarının Kərbəla çölündə şəhid olmasının 40-cı günüdür. Bütün dünyadan və İraqdan milyonlarla zəvvar bu gündə ərbəin mərasimində iştirak etmək üçün Kərbəla şəhərinə daxil olur.