Əmir-Abdullahiyan Livan Hizbullahının baş katibilə görüşüb
İranın xarici işlər naziri və Livan Hizbullahının baş katibi arasında görüş keçirilib; tərəflər Livan və regionun son siyasi olayları haqda danışıblar.
SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahiyan Seyid Həsən Nəsrullahla görüşdə Tehranın Livan qarşısındakı mövqeyi, bütün sahələrdə bu ölkənin kənarında durduğu və ona dəstək verdiyini vurğulayıb.
«İran sübut edibdir ki, öz dostlarını tək qoymayan vəfalı dost və sadiq müttəfiqdir»- deyən Livan Hizbullahının baş katibi Seyid Həsən Nəsrullah ötən onilliklərdən bəri Livanın dövləti, xalqı və müqavimətinin kənarında durduğuna görə, İran İslam Respublikasına təşəkkür edib.
Hüseyn Əmir Abdullahiyan İranın xarici işlər naziri kimi ilk dəfə olaraq, dünən səhəçağı Livana daxil oldu və bu ölkənin yüksək vəzifəli rəsmiləri, o sıradan Livanın prezidenti Mişel Oun, parlament sədri Nəbih Berri, baş naziri Nəcib Miqati və xarici işlər naziri Abdullah Buhbiblə görüşüb və onlarla ikitərəfli və regional məsələlər barədə söhbət edib.
O, Beyruta səfərdən öncə Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşübdür.