Okt 12, 2021 16:05 Asia/Baku
  • Seyid Həsən Nəsrullah
    Seyid Həsən Nəsrullah

Livan Hizbullahının baş katibi bir çıxışda Livan parlament seçkilərinin vaxtında keçirilməsi vacibliyini vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah deyib ki, hazırda livanlı qrup və partiyaların parlament seçkilərinin təxirə salınmasını istəmələrinə dair heç bir nişanə mövcud deyildir.

Livan Hizbullahının baş katibi sonra Livanın elektrik enerjisi böhranının həllindən danışıb: Livanın elektrik enerjisi böhranının həlli üçün Şərq və Qərbdən müxtəlif təkliflər gəlir, amma İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanın Livanın elektrik enerjisi böhranının həlli barədəki təklifinə cavab vermək gərəkdir.

Nəsrullah çıxışının digər bir hissəsində Beyrut partlayışı işinə işarə edib. Qeyd edib ki, Hizbullah Beyrut limanı partlayışı işi üzrə təhqiqatın davam etdirilməsini istəyir və özünün bu istəyindən geri oturmayacaq.

İŞİD-in Əfqanıstanın Qunduz əyalətində baş verən partlayışın məsuliyyətini üzərinə götürdüyünü bildirən Livan Hizbullahının baş katibi belə deyib: Amerika bu cinayətdə məsuliyyət daşıyır, zira bundan öncə də dediyimiz kimi, İŞİD-çiləri İraqdan Əfqanıstana köçürən məhz Birləşmiş Ştatlardır.

 

Teqlər