Nəsrullah: İslami ölkələr bir komitə yaratsınlar
Livan Hizbullahının baş katibi islami ölkələr tərəfindən bir komitənin təşkilini istəyibdir ki, bu komitənin üzvləri əyani görüşlərdə beynəlxalq vəhdət konfransının təcrübələrini paylaşmış olsunlar.
SəhərAzəri-nin məlumatına əsasən, Seyid Həsən Nəsrullah dünən axşam 35-ci beynəlxalq islami vəhdət konfransının ilk günündə bir video-müraciətdə belə deyib: Çoxdandır, İslam dünyası böyük problem və fitnələrlə üzləşir və Amerika başda olmaqla imperialist qüvvələr müsəlmanların əlaqələrini hədəfə alıblar, amma digər tərəfdən, İslam İnqilabının qələbəsindən sonra müxtəlif yollarla müsəlmanlar arasında birlik, həmkarlıq və yaxınlaşma çərçivəsində səylər göstərilib.
Nəsrullah sonra belə vurğulayıb: Əməkdaşlıq, ahəngdarlıq və vəhdətlə Amerika ilə imperializmi dizə çökdürməyə çalışmalıyıq. Niyyətlər xalis və Allah-Taala üçün olarsa, uğurlar qazanılacaqdır.