Okt 27, 2021 12:23 Asia/Baku
  • İraq
    İraq

İraqdakı Müstəqil Yüksək Seçki Komissiyası 2 mindən çox seçki məntəqəsində səslərin yenidən hesablanacağından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, İraq Müstəqil Yüksək Seçki Komissiyası elan edib ki, bu ölkədə keçirilən son parlament seçkilərinin nəticələrinə etirazlardan sonra 2 mindən çox seçki məntəqəsində səslər yenidən əl ilə hesablanacaq. 

İraq Müstəqil Yüksək Seçki Komissiyasının bəyanatında deyilir: "Bu komissarlıq, seçki ilə bağlı verilən ərizələrin  baxılmasına və onunla əlaqədar bütün məsələlərə bazar ertəsi günündən etibarən başlayıb və bu sahədə lazımi tədbirlər görülüb".  

İraq Müstəqil Yüksək Seçki Komissiyası, həmçinin əlavə edib: "Neynəva vilayətində səslərin yenidən sayılması bu gün səhər saat 8:00-dan axşam saat 17:00-dək həyata keçiriləcək və ondan sonra Babil vilayətinin səsləri cümə axşamı günü yenidən hesablanacaq, Bağdadda isə səslər cümə günü yenidən sayılacaq".

Oktyabrın 10-da keçirilən parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra bir sıra siyasi partiyalar və koalisiyalar seçkinin nəticələrinə etiraz ediblər.

İraqın bəzi şəhərləri, o cümələdən Bağdad seçki nəticələrinə etiraz edən çoxsaylı etiraz aksiyalarının şahidi olub. Etirazçılar ölkədəki bütün seçki məntəqələrində bülletenlərin əl ilə yenidən sayılmasını tələb ediblər, onlar seçkilərin saxtalaşdırırldığını və səslərin oğurlandığını iddia ediblər. 

Teqlər