Yəmən ordusu ABŞ-ın casus PUA-sını məhv edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i383771-yəmən_ordusu_abŞ_ın_casus_pua_sını_məhv_edib
Yəmən ordusu bildirib ki, onun qüvvələri ABŞ istehsalı olan casus pilotsuz təyyarəni düşmən əməliyyatı keçirərkən, vura bilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 04, 2021 14:32 Asia/Baku
  • Yəmən ordusu ABŞ-ın casus PUA-sını məhv edib

Yəmən ordusu bildirib ki, onun qüvvələri ABŞ istehsalı olan casus pilotsuz təyyarəni düşmən əməliyyatı keçirərkən, vura bilib.

SəhərAzəri-nin məlumatına əsasən, Yəmən Silahlı Qüvvələrinin sözçüsü Yəhya Sərii deyib: "Havadan müdafiə qüvvələrimiz, Məarib vilayətinin "Əl-Cubə" bölgəsində ABŞ istehsalı olan və casusluq və kəşfiyyat əməliyyatlarında istifadə edilən "ScanEagle" markalı PUA-nı düşmənçilik əməliyyatları zamanı vuraraq, məhv edib".

Yəhya Sərii əlavə edib: "Bu əməliyyat münasib bir silahla aparılıb və bu, 7-ci "ScanEagle" tipli ABŞ-ın kəşfiyyat PUA-sıdır ki, cari ilin əvvəlindən bəri Yəmənin Havadan Müdafiə Sistemləri tərəfindən vurularaq, məhv edilir.