Dek 11, 2021 11:34 Asia/Baku
  • Livandakı Fələstin düşərgəsində güclü partlayışlar baş verib; 30-dan çox ölü və yaralı var

Livanın təhlükəsizlik mənbələri "Burj əl-Şimali" düşərgəsində Fələstin İslami Müqavimət Hərəkatı HƏMAS-a məxsus silah anbarında baş verən partlayış nəticəsində 30-dan çox insanın öldüyünü və yaralandığını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, cümə günü Livanın "Sur" şəhərindəki "Burj əl-Şimali" fələstinli qaçqın düşərgəsində dizel çəninin yanmasından sonra yanğın yaxındakı məscidə və silah anbarına keçərək, partlayışa səbəb olub. silah anbarının HƏMAS hərəkatına məxsus olduğu deyilir.

İlkin məlumata görə, partlayış nəticəsində 12 nəfər ölüb, 20 nəfər xəsarət alıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Partlayışdan sonra "Hizbullah" və "Əməl" hərəkatlarının yardım qüvvələri düşərgəyə daxil olub və yanğını nəzarətə alıblar; Livan ordusu da bölgədə təhlükəsizlik tədbirlərini gücləndirib və  "Burj əl-Şimali" düşərgəsinə giriş-çıxışı qadağan edib.

Livanın baş prokuroru təhlükəsizlik xidmətlərinə HƏMAS-ın anbarında baş verən partlayışla bağlı təhqiqata başlamağı tapşırıb.

Teqlər