May 18, 2024 14:08 Asia/Baku
  • “Ermənistan ərazisindən bir millimetr də olsun torpaq verilməyib”

Ermənistan Təhlükəsizlik Şurasının katibi bəyan edib ki, Azərbaycanla sərhədlərin demarkasiyası uğurlu olub və Ermənistan ərazisindən bir millimetr də olsun torpaq verilməyib.

Armen Qriqoryan İctimai Televiziyanın efirində deyib: “Alma-Ata Bəyannaməsinə əsaslanan prinsip əsasında delimitasiya prosesinə başlanılıb, həmçinin Sovet İttifaqının son illərində mövcud olan hüquqi xəritələrdən istifadə ilə bağlı razılaşmaların əldə edilib. Demarkasiya prosesində 1976-cı ilin xəritəsi götürülüb və ona əsasən biz həm Ermənistan, həm də Azərbaycan ərazisində ən azı 4 kənddə demarkasiya apardıq və sərhəd çəkildi”.

Qriqoryan parlamentdə təmsil olunan müxalifətin Ermənistan və Azərbaycan sərhədlərinin demarkasiyasında birtərəfli güzəşt edilməsi ilə bağlı iddialarına da cavab verib.

Övlət rəsmisi bildirib ki, İrəvan Ermənistan Respublikası ərazisindən bir millimetr də olsun torpağı güzəştə getməyib, belə ki, sərhədlərin demarkasiyası hüququ çərçivəsində həyata keçirilib.