Dek 12, 2021 13:34 Asia/Baku
  • Mustafa Əlkazimi
    Mustafa Əlkazimi

İraqın baş naziri amerikalı hərbçilərin yaxın gələcəkdə bu ölkədən çıxacaqlarından xəbər verib.

SəhərAzəri-nin məlumatına əsasən, Mustafa Əlkazimi dünən gecə deyib ki, qarşıdakı bir neçə gün ərzində ABŞ-ın bütün hərbi qüvvələri bu ölkə ilə strateji bir razılaşma çərçivəsində İraqdan çıxacaqlar.

Əlkazimi vurğulayıb ki, amerikalı qüvvələrin İraqdakı rolu, hərbi məsləhət sahəsində olacaq və amerikalı hərbçilərin çıxışı İraqın təhlükəsizliyi və sabitliyinin bütün iraqlı qüvvələr tərəfindən qorunması qabiliyyətini göstərir.

Belə bir halda, ABŞ-ın Bağdaddakı səfiri Metyu Tuller Əlkazimi ilə görüşdə İraqın regionun təhlükəsizliyi və stabilliyinin gücləndirilməsindəki roluna təkidlə İraqın baş naziri ilə amerikan koalisiya qüvvələrinin İraqdakı hərbi rolunun bitməsində əldə olunmuş irəliləyişləri araşdırıb.

Bağdad və Vaşinqton iyulun 26-da Amerikanın hərbi qüvvələrinin cari milad ilinin sonunadək İraqdan çıxmaları və iraqlı qüvvələrə təlimlər keçmək və məsləhətlər vermək üçün müəyyən sayda amerikalı qüvvənin İraqda qalması haqda razılığa gəldilər.

Amerikalı qüvvələr 2014-cü ildə İraqa daxil oldular. Amerika anti-İŞİD adlı beynəlxalq koalisiya iddiası ilə 2500 nəfəri amerikalı olan üç min qüvvə ilə İraqa girdi.

Bağdadın İŞİD üzərində qələbəni elan etməsindən sonra İraqın xalqı və hökuməti xarici hərbçilərin bu ölkədən çıxmaları zərurətinə təkid etdilər.

 

Teqlər