Bərhəm Saleh: Süleymani kritik anlarda köməyimizə gəldi
https://azeri.sahartv.ir/news/qərbi_asia-i384772-bərhəm_saleh_süleymani_kritik_anlarda_köməyimizə_gəldi
İraq prezidenti general Qasim Süleymaninin İŞİD-lə mübarizə sahəsində ölkə qarşısındakı xidmətlərini yüksək qiymətləndirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 05, 2022 09:30 Asia/Baku
  • Bərhəm Saleh: Süleymani kritik anlarda köməyimizə gəldi

İraq prezidenti general Qasim Süleymaninin İŞİD-lə mübarizə sahəsində ölkə qarşısındakı xidmətlərini yüksək qiymətləndirib.

SəhərAzəri-nin məlumatına əsasən, Bərhəm Saleh çərşənbə günü Bağdadda keçirilən anım mərasimində bildirib ki, Qasim Süleymani İŞİD-lə mübarizə üçün çətin və kritik anlarda İraq xaıqının köməyinə gəldi.

İraq prezidenti öz çıxışının davamında qeyd edib: "Qələbə komandirlərinin şəhadətinin ildönümündə İŞİD üzərində qələbəni və bu terror qruplaşmasının İraqda məğlubiyyətini bir daha xatırlayırıq. İranlı komandan şəhid Qasim Süleymani İŞİD-lə mübarizədə bizim silahlı qüvvələrimiz və vətəndaşlarımızla birgə terrora qarşı döyüşdü, vətənimizi təhlükəli terror hücumlarının qarşısında xilas etmək üçün şərik oldu.”