Yan 06, 2022 12:04 Asia/Baku
  • Əynüləsəd
    Əynüləsəd

İnformasiya mənbələri bu gün səhər saatlarında bildiriblər ki, İraqın qərbində yerləşən «Əynüləsəd» bazasına qarşı raket hücumundan təkcə bir neçə saat sonra bu baza PUA hücumu hədəfinə çevrilib.

SəhərAzəri-nin məlumatına əsasən, Dünən gecə də beş ədəd raket qeyd olunan bazaya atılıb və bu bazadakı amerikan qüvvələrin «C-Ram» anti-raket sistemi işə düşüb.

Həmçinin dünən gündüz Bağdad beynəlxalq hava limanının ətrafında yerləşən «Viktoriya» amerikan bazasındakı iki pilotsuz hədəfə alınıb.

İraqlı mənbələrin «Əynüləsəd» hava bazasında amerikalı hərbçilərin yerləşdikləri məkana qarşı raket hücumu barədə məlumat vermələrindən az sonra «Qasim əl-Cəbbarin» adlı qrup bir bəyanatda rəsmən bu hücumun məsuliyyətini üzərinə götürüb.

«Qasim əl-Cəbbarin» qrupu həmin bəyanatda belə qeyd edib: Bizim mübarizlərimiz Amerikanın «Əynüləsəd» adlı şər işlər bazasını bir neçə raketlə hədəfə ala biliblər və bu raketlər dəqiq şəkildə hədəflərə dəyib.

Bu qrup bəyanatın davamında İraqın Babil və Əlmusənna vilayətlərində ABŞ ordusunun himayə karvanlarına qarşı hücumun məsuliyyətini də üzərinə götürüb.

Bəyanatın sonunda deyilir: Öz şücaətli və intiqam alan qüvvələrimizin əllərini sıxır,/ şəhid komandanlarımız və əziz xalqımızla əhd-peyman bağlayırıq ki, amerikalı qüvvələrin İraq torpağından tam şəkildə və zəlilcəsinə çıxacaqları zamanadək onların maşın avadanlıqlarının dəmirlərini əritməkdən, bazalarını məhv etməkdən və onların özlərini əzməkdən əl çəkməyəcəyik.

 

Teqlər