Terrorçu ABŞ ordusunun logistik karvanı yolunda partlayış
https://azeri.sahartv.ir/news/qərbi_asia-i384845-terrorçu_abŞ_ordusunun_logistik_karvanı_yolunda_partlayış
İraqlı medialar dünən gecə bu ölkənin mərkəzində yerləşən Divaniyyə rayonunda terrorçu ABŞ ordusunun logistik karvanının keçdiyi yolda bir bombanın partladığını bildiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 07, 2022 09:48 Asia/Baku
  • Terrorçu ABŞ ordusunun logistik karvanı yolunda partlayış

İraqlı medialar dünən gecə bu ölkənin mərkəzində yerləşən Divaniyyə rayonunda terrorçu ABŞ ordusunun logistik karvanının keçdiyi yolda bir bombanın partladığını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İraqda «Sabirin» xəbər kanalı xəbər verib ki, bu karvan Divaniyyədən keçərkən yol kənarında quraşdırılmış bombanın hədəfinə tuş gəlib.

Bu məlumata görə, «Əshabülkəhf» adlı iraqlı müqavimət qrupu həmin əməliyyatın məsuliyyətini üzərinə götürüb.

«Sabirin» xəbər kanalı daha artıq detallara keçmədən partlayışda tələfatın olub-olmadığına işarə etməyib.

Amerikanın İraqdakı hərbi karvan və bazaları son aylar ərzində dəfələrlə hədəfə alınıblar.

Bir çox İraq vətəndaşı və iraqlı qrup terrorçu amerikan qüvvələrin tam şəkildə İraqdan çıxmalarını tələb edir.

İraq parlamenti də bu qüvvələrin İraqdan çıxmaları barədə bir layihə qəbul edibdir.