Müqtəda Sədr bir daha milli çoxluq hökumətinin qurulmasına təkid edib
https://azeri.sahartv.ir/news/qərbi_asia-i384995-müqtəda_sədr_bir_daha_milli_çoxluq_hökumətinin_qurulmasına_təkid_edib
İraqın Sədr hərəkatının lidedri milli çoxluq hökümətinin formalaşdırılması ilə bağlı mövqeyini bir daha vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 12, 2022 09:07 Asia/Baku
  • Müqtəda Əl-Sədr
    Müqtəda Əl-Sədr

İraqın Sədr hərəkatının lidedri milli çoxluq hökümətinin formalaşdırılması ilə bağlı mövqeyini bir daha vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Müqtəda Əl-Sədr çərşənbə axşamı özünün Tvitter səhifəsində yazıb: "Kabinetin formalaşdırılması ilə bağlı Şiə Koordinasiya Şurasi ilə hələlik razılıq əldə olunmayıb".

Sədr bu tvitdə əlavə edib: "Milli çoxluq hökümətinin formalaşdırılması üçün onların barəsində yaxşı fikirdə olduğumuz kəslər üçün qapılar hələ də açıqdır".

Sədr hərəkatının lideri, bu hərəkatın heç kimə tərəfdaşları və ya daxili sülhü təhdid etməyə icazə verməyəcəyini qeyd edərək, əlavə edib: "Növbəti hökumət qanun hökuməti olacaq, bu hökumətdə heç kim tərəfindən qanun pozuntusuna yer yoxdur və qanun hakim olacaq".