Sionist rejimin polis rəisi BƏƏ-yə səfərini yarımçıq qoyub
https://azeri.sahartv.ir/news/qərbi_asia-i385822-sionist_rejimin_polis_rəisi_bƏƏ_yə_səfərini_yarımçıq_qoyub
Sionist rejim polisinin baş müfəttişi bu rejim polisinin keçmiş baş nazir Benyamin Netanyahunun yaxın çevrəsinin üzvləri də daxil olmaqla siyasətçilər və mülkilərdən casusluq etməsi rüsvayçılığı ilə bağlı geniş qalmaqallar səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə səfərini yarımçıq kəsib və işğal olunmuş ərazilərə geri dönüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 09, 2022 17:27 Asia/Baku
  • Sionist rejim
    Sionist rejim

Sionist rejim polisinin baş müfəttişi bu rejim polisinin keçmiş baş nazir Benyamin Netanyahunun yaxın çevrəsinin üzvləri də daxil olmaqla siyasətçilər və mülkilərdən casusluq etməsi rüsvayçılığı ilə bağlı geniş qalmaqallar səbəbindən Birləşmiş Ərəb Əmirliklərinə səfərini yarımçıq kəsib və işğal olunmuş ərazilərə geri dönüb.

SəhərAzəri-nin məlumatına əsasən, Yəqub Şabtay bazar günü Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər etmişdi.  

Məlumata əsasən, Sionist rejimin polisi və baş prokurorunun "Peqasus" casusluq proqramından istifadə etməsinin doğurduğu rezonans sionistlər arasında böyük qalmaqala səbəb olub.