Apr 27, 2022 14:48 Asia/Baku
  • Benet və ailəsi ölümlə hədələniblər

Sionist rejimin baş nazirinə bir güllə ilə yanaşı, təhdidedici məzmuna malik məktubun göndərilməsinin ardınca bu rejimin təhlükəsizlik üzrə məsul şəxsləri baş nazirin və onun ailəsinin himayə-təhlükəsizlik çətirini gücləndiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, Yayılan məlumata görə, qeyd olunan məktub paketi, sionist rejimin baş naziri Naftali Benetin ailə üzvlərindən birinə verilib. Məktubda Benet və ailəsi yaşadıqları məkan olan «Rənana» rayonunda ölümlə hədələniblər.

Bu istiqamətdə sionist rejimin daxili təhlükəsizlik xidməti- ŞABAK, yaranmış qorxu və nigarançılığa görə, həmin məsələ ilə bağlı təhqiqatın başlandığını bildirib.

Təhqiqat haqda artıq detalların verilməsini qadağan edən sionist rejim polisi də bir bəyanatda bildiribdir ki, bu sahədəki təhqiqatı ŞABAK-la yanaşı irəlilədəcək.

Sionist medialar son zamanlar ifşa ediblər ki, işğal olunmuş ərazilərdə aparılmış rəy sorğusunun nəticələrinə əsasən, sionistlərin şəxsi təhlükəsizlik hissetmə göstəricisi, on-dan dördə tənəzzül edibdir.

 

Teqlər