Sen 13, 2022 13:43 Asia/Baku
  • Əhli-Beyt aşiqləri Kərbəlaya axışır

Ərbəin ziyarətinə qatılanların sayı bu il gözlənildiyindən çoxdur.

 SəhərAzəri-nin məlumatına əsasən, İraq KİV-ləri bu ilin Ərbəin ziyarətinə qatılanların təxmin edildiyindən daha çox olduğunu bildirirlər.

Bu barədə İraqın əl-Afaq telekanalı məlumat yayıb.

Telekanal İraqın Sərhəd Xidmətinin və Kərbəla əyalətinin rəsmilərinin verdiyi məlumatlara istinadən bildirib ki, bu ilin Ərbəin ziyarətinə qatılanların sayı gözlənildiyindən çox olacaq.

Bundan öncə Kərbəla əyalətinin valisi Nəsif əl-Xitabi deyib ki, Ərbəin ziyarətinə qatılmaq üçün İraqa üç milyon xarici zəvvar daxil olub. O əlavə edib ki, bu ilin Ərbəin yürüşünə iyirmi milyona yaxın zəvvarın qatılacağı təxmin edilir.

Kərbəla əyaləti rəsmilərinin məlumatına görə, yol boyu bu zəvvarlara səhiyyə, qidalanma və sair sahələr üzrə xidmət göstərmək üçün xüsusi səyyar və daimi obyektlər nəzərdə tutulub ki, onlardan 14 mini yerli və 500-ü xarici ölkələrə aiddir.

Bu arada İran rəsmiləri Ərbəin ziyarəti məqsədilə İraqa keçən ölkə vətəndaşlarının sayının üç milyonu ötdüyünü bildiriblər.

Teqlər