Sen 17, 2022 10:18 Asia/Baku
  • Kərbəlada Ərbəin mərasimi keçirilir - Yeniləndi

Zəvvarların bir neçə gün piyada yol qət etmələrindən sonra bu gün Kərbəlada İmam Hüseynin (ə) məzarı və onun ətrafında Ərbəin mərasiminin keçirilməsinə start verilib.

SəhərAzəri-nin məlumatına əsasən, 30 min təhlükəsizlik qüvvəsinin və 5 mindən çox səhiyyə işçisinin cəlb edilməsilə Ərbəin yürüşü və mərasimi təhlükəsiz vəziyyətdə davam edir.

Bu gün Kərbəlada Ərbəin ziyarətnaməsini milyonlarla insan birgə şəkildə oxuyacaqlar.

Ərbəin ziyarətinin təhlükəsizliyini təmin edən İraq Ordusunun Mətbuat xidmətindən verilən son məlumata görə, Ərbəin ziyarətinə 21 milyon insan qatılıb ki, onların azı beş milyonu xarici zəvvardır və bu statistika Kərbəlada quraşdırılmış çoxsaylı kameralar vasitəsilə eletron hesablama ilə əldə edilib.

İraq Ordusunun mətbuat katiblərindən Səəd Məin isə bildirib ki, bu rəqəm 2003-cü ildən bəri qeydə alınmış ən böyük rəqəmdir.

Qeyd edək ki, Ərbəin ziyarəti İmam Hüseynin qırxından beş-on gün öncə, bəzən də bir ay öncə zəvvarların Kərbəla istiqamətində piyada yola düşməsi ilə başlayır. Zəvvarlar adətən səfər ayının 15-dən 20-ə kimi Nəcəfdən Kərbəlaya olan 80 km-lik yolu piyada qət edərək, hər zaman İmam Hüseynə və onun ilahi missiyasına sadiq qaldıqlarını nümayiş etdirirlər.

Teqlər